Bakı şəhərin mərkəzində yerləşməsi 3 ulduzlu bir mükəmməl otel, Azərbaycan

Haqqımızda

example
“Rigs” otel şəhərin mərkəzində yerləşərək bir çox üstünlüklərə malik olub, biznes və istirahət üçün səyahət edənlərə gözəl imkan yaradır.

Otel bir çox səfirliklərə, dövlət orqanlarına və biznes ofislərə, həmçinin Bakının əyləncə mərkəzlərinə yaxın ərazidə yerləşir. Bakı Hava Limanınndan otelə məsafə 25 kilometrdir.

“Rigs” otel 13 tək, 9 cüt və 2 lyüks tam şəraitli, individual temperaturla, mini bar, birbaşa telefon yığım sistemi və peyk TV kanallarla təmin olunmuş otaqlara malikdir.

Biz qonaların hava limanından qarşılanmasını, taksi ilə təminat, 24 saat təhlükəsizlik və resepşn xidmətini təmin edirik. Heç bir nəqliyyat vasitəsindən istifadə etməyərək açıq tarixi muzey olan İçəri Şəhər ilə tanış ola bilərsiniz. Bundan əlavə otelin Dənizkənarı Milli Parka (Bulvar) çox yaxın ərazidə yerləşməsi sizə Xəzər dənizinin gözəlliyini hiss etməyə şərait yaradır. Böyük məmnuniyyətlə Sizi “Rigs” oteldə gözləyirik, burada siz Bakıda özünüzü evinizdəki kimi hiss edəcəksiniz.